Futbol üzrə 2026-cı il Dünya Çempionatının növbəti polufinalçıları İngiltərə və Argentina olub

Futbol üzrə 2026-cı il Dünya Çempionatının növbəti polufinalçıları İngiltərə və Argentina olub

Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə 2026-cı il Dünya Çempionatının dörddəbir finalı çərçivəsində 11-12 iyul gecəsi ABŞ-ın Mayami şəhərində İngiltərə Norveçlə qarşılaşıb. Gərgin keçən oyunda hesab 36-cı dəqiqədə açılıb. Norveçli Andreas Şeldurub qapı azında yaranmış əlverişli vəziyyətdən məharətə istifadə edərək sərrast zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra bütün komanda ilə irəli atılan İngiltərə millisi öz istəklərinə birinci hissəyə əlavə edilmiş vaxtda çatıblar. Oyunun 45+2 dəqiqəsində Bellingem topu norveçlilərin qapısına göndərərək hesaba tarazlıq gətirib:1-1.

İkinci hisssədə də komandalar arasında gərgin mübarizə gedib. Buna baxmayaraq tərəflərin səylərinə baxmayaraq ikinci hissədə qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün oyuna yarım saatlıq əlavə vaxt təyin edilib. Oyunun 93-cü dəqiqəsində Bellinqem dubl edərək ikinci topu Norveç millisinin qapısından keçirərək komandasını hesabda irəli çıxardı: 2-1.

Buraxılan ikinci qoldan sonra məğlub duruma düşəm Norveç millisinin bütün səylərinə baxmayaraq oyunda hesab dəyişməyib. Nəticədə İngiltərə Norveçə 2:1 hesabı ilə qalib gələrək ikidəbir finala yüksəlib. Bu mərhələdə İngiltərə millisi hazırki dünya çempionu Argentina ilə qarşılaşacaq.

Futbol üzrə Dünya Çempionatının digər dörddəbir final oyununda ABŞ-ın Kanzas Siti şəhərindəki Errouxed stadionunda çempionatın sürpriz komandası türkəsilli Murad Yakının baş məşqçisi olduğu İsveçrə millisi hazırki dünya çempionu Argentina ilə qarşılaşıb. Argentina oyuna daha fəal başlayıb. Bunun da nəticəsində argentinalıların hücumçusu Makkalister oyunun 10-cu dəqiqəsində rəqib komandanın müdafiəçilərinin səhvindən istifadə edərək əla zərbə ilə hesabı açıb:1-0.

Bundan sonra meydanda fəallığı artıran İsveçrə millisinin birinci hissədə hesaba tarazlıq gətirmə səyləri nəticə verməyib. Oyunun ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. 67-ci dəqiqədə isveçrəlilər nəhayət ki, hesaba tarazlıq gətirə biliblər. İsveşrə millisinin hücumçusu Ndoye topu rəqib qapısından keçirərək hesabı bərabərləşdirib:1-1.

Bununla belə İsveçrə millisinin sevinci uzun keçməyib. 71-ci dəqiqədə isveçrəli Bril Embolo kobud oyuna görə qırmızı vərəqə alarq meydandan qovulub və komandasını güclü rəqib qarşısında azlıqda qoyub. Rəqib komandanın azlıqda qalmasından dərhal istifadə edən argentinalılar meydanda təşəbbüsü ələ alıblar. Bununla belə İsveşrə komandası var gücü ilə müdafiə oluna bilib. Nəticədə ikinci hissə1-1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmk üçün oyuna əlavə edilən vaxtın 112-ci dəqiqəsində Alvares ikinci topu isveçrəlilərin qapısından keçiriərək Argentinanı hesabda irəli çıxarıb: 2-1.

Oyunun 120+1 dəqiqəsində Lautaro Martines üçüncü topu İsveçrə millisinin qapısından keçirib: 3-1. Beləliklə gərgin mübarizə şəraitində keçən oyunda Argentina İsveçrəyə 3-1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Argentina İngiltərə yığması ilə görüşəcək.

Beləliklə, yarımfinalda Fransa İspaniya ilə, İngiltərə isə Argentina ilə qarşılaşacaq.

Hər iki cütlüyün oyunuları Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

14 iyul

23:00. Fransa – İspaniya

15 iyul

23:00. İngiltərə – Argentina

Əziz MUSTAFA