Dronlar Adıgey Respublikasına hücum edib, Xanskaya aerodromunda yanğın baş verib

Dronlar Adıgey Respublikasına hücum edib, Xanskaya aerodromunda yanğın baş verib

11:12
Bəyəndim (0) Bəyənmədim (0)


4 oktyabr gecəsi Adıgey Respublikası (Rusiya) kütləvi dron hücumuna məruz qaldı. Atəş nəticəsində aerodromlardan birində yanğın baş vermişdi.

Oxuməni.az xəbər verir ki, bu barədə OSINT ictimai qrupu Exilenova məlumat yayıb.

Təxminən səhər saat 5-də Telegram kanalında Maykop şəhər sakinlərinin Xanskaya hərbi aerodromuna hücum və atəş barədə məlumat verdiyi barədə bir paylaşım yayımlanıb.

Bir saat sonra ictimai səhifədə dron hücumunun gecə boyu davam etdiyi bildirildi. Kanal həmçinin dronların başımızın üstündən uçduğunu və yanğını göstərən foto və videolar da paylaşdı.

Videonu izləyin

Qeyd etmək lazımdır ki, Rusiya hökumətinin rəsmi kanalları bu barədə heç nə bildirməyib. Üstəlik, onlar hətta regionda dron hücumu təhlükəsi ilə bağlı heç bir xəbərdarlıq da etməyiblər.

Moskva meri Sergey Sobyanin də həmin gecə baş verən dron hücumu haqqında yazıb. O, iddia edir ki, hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtına doğru gedən altı dronu vurub.

Əziz MUSTAFA