Messi İspaniyanın “Eldense” klubunun sahibi olub

Messi İspaniyanın “Eldense” klubunun sahibi olub

12:18
Bəyəndim (1) Bəyənmədim (0)

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Eldense” futbol klubunu satın alıb. Oxuməni.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Hazırda sövdələşmənin baş tutması üçün ölkənin Ali İdman Şurasının müvafiq razılığı gözlənilir.

39 yaşlı argentinalı futbolçu üçün bu, 2026-cı ildə əldə etdiyi ikinci futbol aktivi olub. O, yazda “Kornelya” klubunu da satın alıb. İspaniya mətbuatının məlumatına görə, səkkizqat “Qızıl top” mükafatçısının bu investisiyası onun futbolun inkişafına vəsait yatırmaq istəyi ilə bağlıdır. “Eldense” klubu Alikante əyalətində, Messinin idman karyerasını başa vurduqdan sonra məskunlaşmağı planlaşdırdığı Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir.

Klubun rəhbərliyi vurğulayıb ki, dünya şöhrətli futbol ulduzunun kluba gəlişi onun idman və institusional inkişafı üzrə uzunmüddətli strategiyasının başlanğıcı olacaq.

Almaz Həsənli