On bir yaşlı Bodhana Sivanandan ən gənc qadın qrossmeyster oldu
Özbəkistanda keçirilən Şahmat Olimpiadasında Böyük Britaniyadan olan on bir yaşlı Bodhana Sivanandan qrossmeyster statusu alan ən gənc qadın olub. Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. O, Səmərqənddə keçirilən Şahmat Olimpiadasında İngiltərə komandasının heyətində iştirak edib və on bir partiyada səkkiz xal toplayıb.
Bodhana Sivanandan 2015-ci ildə Londonda anadan olub. Onun valideynləri Hindistandan Böyük Britaniyaya köçüblər. O, şahmat oynamağı YouTube-dakı videolar vasitəsilə özü öyrənib və 2022-ci ildən etibarən beynəlxalq şahmat yarışlarında iştirak etməyə başlayıb.
Almaz Həsənli
Digər xəbərlər























































































