İsveç hücuma məruz qalacağı təqdirdə Rusiyanın dərinliklərinə zərbə endirəcək

İsveç hücuma məruz qalacağı təqdirdə Rusiyanın dərinliklərinə zərbə endirəcək

10:46
Bəyəndim (0) Bəyənmədim (0)


İsveç Rusiya hücumu halında özünü müdafiə ilə məhdudlaşdırmayacağını, Rusiyanın dərinliklərinə zərbə endirəcəyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə İsveç Kral Hərbi Hava Qüvvələrinin Hava Döyüşləri Mərkəzinin rəisi polkovnik Karl Berqvist mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni konsepsiya hücum əməliyyatlarına keçidi nəzərdə tutur. Polkovnik qeyd edib ki, potensial təcavüzkar müharibənin İsveç ərazisində qalmayacağını başa düşməlidir.

"Hücum baha başa gəlməlidir", Berqvist deyib.

İsveç Kral Hərbi Hava Qüvvələrinin strategiyasının yenidən nəzərdən keçirilməsində amillərdən biri Ukraynanın Rusiya ilə müharibədəki təcrübəsi idi: logistika, qərargah və aviabazalara qarşı dərin zərbələr Rusiya əməliyyatını erkən mərhələdə poza və ya ləngidə bilər - məhz Kiyevin 2022-ci ildə çatışmayan şey.

Yeni strategiyanın əsas elementlərindən biri JAS 39 Gripen qırıcı təyyarələrinə Taurus KEPD 350 kruiz raketlərinin inteqrasiyası olmalıdır. Bu raketlər 500 km-dən çox mənzilə malikdir və möhkəmləndirilmiş hədəfləri dəf edə bilir. Bundan əlavə, İsveç Silahlı Qüvvələri daha uzaq mənzilli sistemlər əldə etməyi planlaşdırır. Hökumətə təqdim edilən sənədlərdə 2000 km-ə qədər məsafədəki hədəfləri vura bilən kruiz və ballistik raketlər tələb olunurdu. Stokholmdan Moskvaya qədər məsafə təxminən 1200 km-dir.

Əziz MUSTAFA