Baş məşqçi ilə problem səbəbindən Ronaldo Portuqaliya yığmasını tərk edir
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo portuqalların Danimarka və Norveç milliləri ilə oynayacağı qarşıdakı Millətlər Liqası matçlarında oynamayacaq. Oxuməni.az xəbər verir ki, bu barədə Ronaldo İnstaqram hesabında yazıb.
Daha əvvəl deyilirdi ki, komandanın baş məşqçisi Xorxe Jezusla fikir ayrılığı və kifayət qədər oyun müddətinin olmamasından narazılıq 41 yaşlı futbolçunu əsəbi halda millini tərk etməyə məcbur edib.
Portuqaliya millisinin ulduzu, yaranmış münaqişəli vəziyyətlə bağlı danışacaq bir şeyin olduğunu iddia edib, lakin o, bütün incəlikləri daha uyğun bir zamanda ortaya qoyacağına söz verib.
“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra mən millidən ayrılmaq qərarına gəldim. Vaxt gələcək, həmişə sədaqətlə xidmət etdiyim millidən məni tərk etməyə sövq edən səbəblər barədə hər şeyi portuqaliyalıya deyəcəyəm.
İndi Portuqaliya millisinə, eləcə də komanda yoldaşlarımın hər birinə uğurlar arzulamaq yerinə düşərdi”, - Ronaldo bildirib.
Əziz Mustafa




























































































