Rusiya xüsusi xidmət orqanları Kasparov və Ponomarevin qətllərini hazırlayıblar

Rusiya xüsusi xidmət orqanları Kasparov və Ponomarevin qətllərini hazırlayıblar

20:13
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya xüsusi xidmət orqanları ABŞ-da rusiyalı müxalifətçilər İlya Ponomarev və Qarri Kasparovun, eləcə də Avropada daha bir müxalifətçinin qətlini hazırlayıblar. Oxuməni.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti müxalifətçilərin əhatəsində olan mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, planda Rusiya müxalifətinin xaricdəki digər nümayəndələrini qorxutmaq üçün Kremlin bir və ya iki əleyhdarının öldürülməsi də var . Yayda amerikalı hüquq-mühafizə orqanları Kasparova xəbərdarlıq etmişdilər ki, o, Rusiya xüsusi xidmət orqanlarının hədəfi ola bilər. Bundan sonra şahmatçı ciddi mühafizəyə götürülüb.

Ponomarev Amerika prokurorluğunun materiallarında “1 nömrəli qurban” kimi görünür. İstintaqın məlumatına görə, cinayəti törədən şəxsə qətlinə görə 40 min dollar vəd edilib. ABŞ-a işə götürülən Venesuela vətəndaşı Vaşinqtonda Ponomarevlə əlaqəli obyektləri izləyib və şəkillərini çəkib. Daha sonra o, qətlin icrasından imtina etdi və başqa icraçı tapmalı oldu.

Daha bir potensial qurbanın Vilnüsdə hücuma məruz qalması planlaşdırılırdı. El Mundo qeyd edir ki, orada əvvəllər mühafizə altında olan İvan Tyutrin yaşayır və son aylarda polis yenidən ona mümkün təhlükə barədə xəbərdarlıq edib.

Litvada mümkün hədəflər arasında Başqırdıstanın müstəqilliyini müdafiə edən Ruslan Qabbasov da var.

Rusiya şəbəkəsinin digər mümkün hədəfi Vladimir Kara-Murza ola bilər. O, 2024-cü ildə əsir mübadiləsi çərçivəsində Rusiya koloniyasından azad edilib. Əvvəllər Kara-Murza iki zəhərlənmə hadisəsini açıqlamışdı.

ABŞ səlahiyyətlilərinə görə, ən azı 2024-cü ildən fəaliyyət göstərən RIS şəbəkəsi hücumların hazırlanmasında iştirak edə bilər. Sentyabr ayında ABŞ Ədliyyə Departamenti beş nəfəri terrorizmi maliyyələşdirmək üçün sui-qəsddə, üç nəfəri isə kirayəlik adam öldürmək üçün sui-qəsddə ittiham edib.

Təqsirləndirilənlər arasında Amerika hakimiyyəti keçmiş rus kəşfiyyatçı Yuri Xrameyevin, onun FSB zabiti adlandırılan oğlu Kirilin, həmçinin Kuba və Venesuela vətəndaşlarının da adını çəkir. Amerika işinin materiallarına görə, şəbəkə Avropada rus müxalifətçilərinə qarşı əməliyyatlar, Çexiya və Litvada hücumların hazırlanması ilə bağlı ola bilər.

Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının pilotsuz təyyarələr istehsal edən alman müdafiə şirkətinin rəhbərinə sui-qəsd hazırladığı bildirilirdi.

Əziz MUSTAFA