Danimarka xarici işlər naziri Qazaxıstandan Ukraynada atəşkəs rejiminin təmin edilməsi üçün Rusiyaya təsir göstərməsini istədi

Danimarka xarici işlər naziri Qazaxıstandan Ukraynada atəşkəs rejiminin təmin edilməsi üçün Rusiyaya təsir göstərməsini istədi

12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarka Qazaxıstandan Ukraynadakı münaqişədə atəşkəs barədə razılığa gəlmək üçün Rusiya ilə diplomatik əlaqələrdən istifadə etmələrini istəyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Qazaxıstan xarici işlər naziri Muxtar Tileuberdi ilə Astanada görüşündən sonra mətbuata rəsmi açıqlamasında deyib.

Rasmussen: "Mən Qazaxıstandan Moskva ilə diplomatik əlaqələrdən istifadə edərək Ukraynada atəşkəs barədə razılığa gəlməsini və sülhə nail olmasını xahiş etdim",-deyib.

Öz növbəsində Rusiya diktatoru Vladimir Putinin dünən Valday Müzakirə Klubunun plenar iclasında bildirib ki, əgər Kiyev Rusiya üçün məqbul olan şərtlərlə razılaşarsa, "bu çətin hadisələrə son qoymaq, hər iki tərəfdən əlavə itkilərin qarşısını almaq və humanitar sahədə, rus dili və digər münasibətlərlə bağlı razılaşmalara nail olmaq daha rahat olar".

Rusiya xarici işlər naziri Sergey Lavrov öz növbəsində Avropa siyasətçilərinin atəşkəs vəziyyətində Ukraynada "sabitləşdirici qüvvələr" yaratmaq ideyasına diqqət çəkib. O, atəşkəsə razılaşmanın Kiyevdə "davamlı olduğunu sübut edən" nasizmin metastazlarını qoruyub saxlayacağını və gücləndirəcəyini, həmçinin Minsk sazişlərinin imzalanmasından sonra olduğu kimi, Avropaya Ukraynanı silahla təmin etməyə imkan verəcəyini iddia edib.

Əziz Mustafa