Tramp Venesuelada ABŞ hərbi bazasının yaradılmasına hazırlaşır

Tramp Venesuelada ABŞ hərbi bazasının yaradılmasına hazırlaşır

10:03
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Venesuelada Amerika hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.

Oxuməni.az xəbər verir ki, Tramp bunu Ağ Evin Cənub Çəmənliyində ABŞ-ın Venesuelada və ya Cənubi Amerikanın başqa bir yerində hərbi baza qurmaq niyyətində olub-olmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz çox şey etməyi düşünürük. Çox yaxşı yola gedirik. Venesuelada vəziyyət əladır. İnsanlar xoşbəxtdir", - deyə Amerika lideri bəyan edib.

O əlavə edib ki, "Biz çoxlu neft əldə edirik və münasibətlərimiz əladır. Venesuela çoxlu pul qazanır, biz də. Strateji ehtiyatımızı Venesuela nefti ilə çox aşağı qiymətə doldurmağa başlayacağıq".

3 yanvarda ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirib və deportasiya edib. 5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsindəki federal məhkəmədə çıxış ediblər. Onlar narkotik qaçaqmalçılığında ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriges Venesuelada dövlət başçısı vəzifəsini icra edir.

Əziz Mustafa