ABŞ bir neçə Avropa müttəfiqini NATO-nun gələcəyi ilə bağlı görüşə dəvət etməyib

ABŞ bir neçə Avropa müttəfiqini NATO-nun gələcəyi ilə bağlı görüşə dəvət etməyib

11:10
Bəyəndim (1) Bəyənmədim (0)

Pentaqon Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr də daxil olmaqla bir neçə Avropa ölkəsini NATO işçi qrupunun iclasında iştirakdan kənarlaşdırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Politico diplomatlara istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildirib ki, iclas NATO-nun gələcəyinin müzakirəsinə yönələcək, lakin bir çox ölkənin nümayəndələri dəvət almayıblar. "Bizdən tələb olunan hər şeyi edirik. Bu görüşlərin meyarlarını və məqsədlərini başa düşməyə çalışırıq. Bizə hələ çox şey deyilməyib", - deyə kənarlaşdırılmış ölkələrdən birinin diplomatı bildirib.

Diplomatik dairələr Vaşinqtonun seçiciliyinin bütün alyansın transformasiyasına səbəb ola biləcəyindən qorxurlar və onlar həmçinin ABŞ-ın hərəkətlərinin müttəfiqlərini məyus etdiyini, onların çoxunun Tramp administrasiyası tərəfindən müəyyən edilmiş müdafiə xərcləri hədəflərinə çatdığını etiraf edirlər. Mənbələrdən biri Politico-ya bildirib ki, "Əgər onlar NATO-nu yaxşı və pis [müttəfiqlərə] bölməyə çalışsalar, bu, ABŞ üçün təhlükəli olacaq. Lakin Avropa üçün bu, mövcudluq məsələsidir".

Əziz MUSTAFA