Tokioda ən uzun yağıntı rekordu - ardıcıl 34 gündür yağış yağır

Tokioda ən uzun yağıntı rekordu - ardıcıl 34 gündür yağış yağır

14:13
Bəyəndim (0) Bəyənmədim (0)


Meteoroloqlar Tokionun mərkəzində rekord miqdarda - 34 gün ərzində yağıntı qeydə alıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Kyodo agentliyi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, avqustun 27-dən bu ərazidə yağıntılar dayanmır; Buludlu havanın keçməsinə tayfunlar, uzunmüddətli payız yağışları və davamlı aşağı təzyiq kömək edir. Ən çox yağıntı sentyabrın 21-də qeydə alınıb - 156 mm. Ümumilikdə, bazar ertəsinə qədərki dövr ərzində 629 mm yağıntı düşüb - bütün sentyabr ayı üçün orta göstəricidən təxminən üç dəfə çox. Əvvəlki rekord - 33 gün - 2019-cu ildə, iyunun 27-dən iyulun 29-dək olan dövrə təsadüf edib.

Çərşənbə axşamı Yaponiyanın həm şərqində, həm də qərbində yağış davam edir. Onların, xüsusən də ölkənin şərqində, təxminən cümə axşamına qədər davam edəcəyi gözlənilir.

Əziz MUSTAFA