Süni intellektlə bağlı razılığa gəlmək nüvə silahlarından daha çətindir

Süni intellektlə bağlı razılığa gəlmək nüvə silahlarından daha çətindir

07:51
Bəyəndim (0) Bəyənmədim (0)

Microsoft-un təsisçisi Bill Geyts hesab edir ki, ölkələrin süni intellektlə bağlı razılığa gəlməsi Soyuq Müharibə dövründə nüvə silahlarına nəzarətdən daha çətin olacaq. Oxuməni.az xəbər verir ki, o, bunu NBC-yə verdiyi müsahibədə bildirib.

Bir jurnalist Geytsdən ABŞ və Çinin süni intellekt üçün qaydalar hazırlayarkən Soyuq Müharibə dövründə Vaşinqton və Moskva arasında nüvə silahları ilə bağlı razılaşmaların təcrübəsindən istifadə etməli olub-olmadığını soruşub.

"Bəli, mütləq. Amma bu, daha da çətin olacaq",-deyə Geyts cavab verib.

Microsoft-un təsisçisinin sözlərinə görə, süni intellektdən istifadə edən cinayətlərin qarşısını almaq üçün tədbirlər hazırlanmalıdır. Potensial risklər arasında o, xüsusilə enerji infrastrukturuna və bank sektoruna təhdidləri qeyd edib.

Geyts əvvəllər süni intellektin inkişafının nəticələrinin milyardlarla insanın ölümü ilə əlaqəli olacaq hadisələrə səbəb ola biləcəyini bildirmişdi.

Əziz Mustafa