Rusiyanın ən böyük kömür yatağında partlayış baş verib, bir neçə nəfər həlak olub
Yelginskoye yatağı Yakutiyanın cənub-şərqində yerləşir və Rusiyada ən böyük kokslaşdırıcı kömür yatağı hesab olunur.
Yakutiyadakı Yelginskoye kömür yatağında baş verən partlayış nəticəsində dörd nəfər həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediasının yaydığı məlumatda deyilir.
Prokurorluğun məlumatına görə, partlayış ehtiyat nasos stansiyasında qaynaq işləri zamanı baş verib. "Elgaugol" stansiyanın podratçı tərəfindən idarə olunduğunu bildirib. İlkin məlumata görə, səbəb nasos stansiyasındakı su çəninin təzyiqinin aşağı düşməsi ola bilər.
Ölənlərin yaşları 20 ilə 49 arasında olub. Rusiya mediası həmçinin metan çəninin yaxınlığında qaynaq işlərinin aparıldığını və bunun partlaya biləcəyini bildirib, lakin bu məlumat təsdiqlənməyib.
Elginskoye yatağı Yakutiyanın cənub-şərqində yerləşir və Rusiyada ən böyük kokslaşdırıcı kömür yatağı və dünyada ən böyüklərindən biri hesab olunur. JORC-a görə, onun ehtiyatları 2,2 milyard tondan çoxdur.
Yataqda təxminən 8000 nəfər işləyir. 2023-cü ildən başlayaraq orada hər il təxminən 45 milyon ton kömür çıxarılır.
Əziz MUSTAFA




















































































