Qızıl avqustun 5-dən bəri ilk dəfə ucuzlaşıb

Qızıl avqustun 5-dən bəri ilk dəfə ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Bu səhər birjada qızılın qiyməti ucuzlaşır – qiymət bir troy unsiyası üçün 4 250 dollardan aşağı düşüb. Bu səviyyə sonuncu dəfə təxminən səkkiz həftə əvvəl müşahidə olunmuşdu.

Oxuməni.az xəbər verir ki, "Comex" birjasında qızıl fyuçersləri sentyabrın 28-də keçirilən hərraclarda avqustun 5-dəki səviyyəyə qədər ucuzlaşıb.

Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qızılın qiyməti 1,74% azalaraq 4 250 dollardan aşağı – bir troy unsiyası üçün 4 246,2 dollara düşüb. Bir qədər sonra qiymət azalması səngiyib və fyuçerslər 4 251,7 dollardan ticarət olunub ki, bu da əvvəlki bağlanış səviyyəsindən 1,61% aşağıdır.

Almaz Həsənli