Qazaxıstan 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2,2 milyon ton neft ixrac etməyi planlaşdırır

Qazaxıstan 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2,2 milyon ton neft ixrac etməyi planlaşdırır

Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə 2,2 milyon ton neft ixrac etmək istəyir. Azərbaycan tərəfi buna etiraz etmir, ancaq Qazaxıstan neftinin keyfiyyətinin qarışığa təsirindən narahatdır.

Oxuməni.az xəbər verir ki, bunu, Qazaxıstan Energetika naziri Yerlan Akkenjenov bildirib.

"2027-ci ildə 2,2 milyon ton ixrac etmək istəyirik, amma bu, bizdən asılı deyil. Bu, Azərbaycan tərəfinin narahatlıqlarından və Qazaxıstan neftinin keyfiyyətinin qarışığa təsirindən asılıdır. Məsələ burasındadır", - Akkenjenov bildirib.

Eyni zamanda, o, vurğulayıb ki, tərəflərin bu məsələdə razılığa gəlmək imkanları var və bu, Qazaxıstan üçün müsbət əlamətdir.

Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, bu il Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı planlaşdırılan 1,5 milyon ton əvəzinə təxminən 1,6 milyon ton səviyyəsində olacaq.

Əziz MUSTAFA