Puerto-Rikoda qayığın batması nəticəsində 4 nəfər ölüb, 40 nəfər xilas edilib
ABŞ Sahil Mühafizəsi Puerto-Rikonun qərbində yaşayış olmayan kiçik adanın yaxınlığında qayığın batması nəticəsində açıq dənizdə ən azı 40 nəfəri xilas etdiyini bildirib. İdarədən verilən məlumata görə, həlak olan iki nəfərin meyiti tapılıb. Qayıqda ümumilikdə 60-a yaxın adam olub.
Oxuməni.az xəbər verir ki, bu barədə AP-nin yaydığı məlumatda deyilir.
Sahil Mühafizəsi sağ qalanların suda 12 saatdan çox qaldığını bildirib. Onları Mona adasının yaxınlığından keçən gəmi görüb və təcili yardım xidmətlərinə məlumat verib, dörd nəfərin gəmiyə gətirilməsinə icazə verib.
Agentlik aydınlaşdırıb ki, əldəqayırma qayıq bazar günü axşam saatlarında bir neçə nəfər arasında baş verən dalaşmadan sonra çevrilib. Nəticədə qrup xilasedici jiletləri olmadan suya atılıb. Nəticədə faciə baş verib.
Əziz MUSTAFA















.jpg)














































































