Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilsin:

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2026-cı il