Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfər “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Oxuməni.az
Digər xəbərlər




















































































