Rusiya Xarkovda yaşayış binasına zərbə endirib, dağıntılar və yaralılar var

Rusiya Xarkovda yaşayış binasına zərbə endirib, dağıntılar və yaralılar var

07:56
Bəyəndim (0) Bəyənmədim (0)



Rusiyanın mənzil binasına endirdiyi hava hücumunda yaralıların sayı 16-ya çatıb.
Saltovski rayonundakı yaşayış binasına düşən idarəolunan bomba nəticəsində ən azı 16 nəfər yaralanıb. Onların arasında 9 uşaq da var.

Oxuməni.az xəbər verir ki, bu barədə OVA rəhbəri Oleq Sinegubov bu barədə bazar ertəsi gecəsi bəyan edib.
"Saltovski rayonunda düşmənin hücumu nəticəsində 16 nəfər yaralanıb. Xoşbəxtlikdən, ağır yaralı yoxdur", - deyə o yazıb.

Sinegubov əlavə edib ki, tibb işçiləri hər kəsə lazımi yardımı göstərir. Əvvəllər zərbənin mənzil binasının ikinci mərtəbəsinə dəydiyi bildirilirdi. İki mərtəbəyə ziyan dəyib. İlkin məlumatlarda beşi uşaq da daxil olmaqla doqquz itki qeydə alınıb.

Əziz MUSTAFA