Tokayev: Xəzər dənizində həlak olan əsgərlər üçün xilasedici jiletlər olmayıb

Tokayev: Xəzər dənizində həlak olan əsgərlər üçün xilasedici jiletlər olmayıb

10:34
Bəyəndim (1) Bəyənmədim (0)

Xəzər dənizində hərbi dəniz təlimləri zamanı həlak olan qazax hərbçilərinin xilasedici jiletləri olmayıb. Oxuməni.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikanın ali hərbi rəhbərliyi ilə görüşündə deyib.

Onun sözlərinə görə, təlim zamanı hərbi qulluqçular lazımi avadanlıq, o cümlədən dəniz xilasedici jiletləri ilə təmin olunmayıb.

"Orduda uzun illərdir mövcud olan problemlər rəhbərlik tərəfindən ildən-ilə həll edilmir, bu da ölkənin müdafiə qabiliyyətini sarsıdır. Keçmiş faciələrdən heç bir ibrət dərsi alınmayıb. Bu təlimlərin konsepsiyasını kim hazırlayıb və təsdiqləyib?" Tokayev soruşdu. O, Baş Qərargahın təlimlərin əlaqələndirilməsində rolunu şübhə altına alıb və Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanının niyə təlimlərdə iştirak etmədiyini soruşub.

Tokayev hərbi idarəni tənqid edərək əlavə edib ki, onların yanaşmasında sistemli iş yoxdur.

Bundan əvvəl Qazaxıstan liderinin həlak olan hərbçiləri ölümündən sonra mükafatlandırdığı bildirilirdi. Xəzər dənizində baş vermiş faciə sentyabrın 24-də məlum olub. Bildirilib ki, küləyin güclənməsi nəticəsində 19 hərbi qulluqçu təlim-məşq tədbirləri zamanı uçurub. 14 əsgər sağ qalmayıb. Ölkədə matəm elan edilib.

Əziz MUSTAFA