Brent markalı neftin qiyməti bahalaşıb
Çərşənbə axşamı səhər saatlarında neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tezliklə bitəcəyinə dair şübhələrin yaratdığı artımın ardınca yüksəlməkdə davam edir.
Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 2,04 dollar (1,94%) bahalaşaraq bir barel üçün 107,32 dollara çatıb. Bazar ertəsi Brent markalı neft 0,96 dollar (0,9%) bahalaşaraq 105,28 dollara yüksəlmişdi.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri 1,65 dollar (1,78%) bahalaşaraq bir barel üçün 94,25 dollara çatıb. Ötən sessiyada müqavilə 0,19 dollar (0,2%) bahalaşaraq 92,6 dollara yüksəlmişdi.
Almaz Həsənli
















.jpg)











































































