Brent markalı neftin qiyməti 105,67 dollara enib

Brent markalı neftin qiyməti 105,67 dollara enib

25 Sentyabr 12:14
Bəyəndim (1) Bəyənmədim (0)

Cümə günü səhər saatlarında neft qiymətləri ardıcıl iki sessiyadan ibarət artımdan sonra ucuzlaşır.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 105,67 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,93 dollar (0,87%) aşağıdır. Cümə axşamı bu müqavilələrin qiyməti 3,52 dollar (3,4%) artaraq bir barel üçün 106,6 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 1,47 dollar (1,55%) ucuzlaşaraq bir barel üçün 93,14 dollara düşüb. Ötən sessiyanın yekununda onların dəyəri 2,45 dollar (2,7%) artaraq 94,61 dollara yüksəlmişdi.

Almaz Həsənli