Teylor Svift MTV VMA tarixində ən çox mükafat qazanan artist oldu
Teylor Svift "MTV Video Music Awards 2026" mərasimində "Ən yaxşı rejissor-ifaçı" adlı yeni mükafatı qazanaraq, VMA heykəlciklərinin ümumi sayına görə birinci yerə yüksəlib. Bu ana qədər o, 30 mükafatla Beyons ilə liderliyi bölüşürdü. Oxuməni.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Yeni mükafat kamera arxasında fəal çalışan və musiqi videolarında vizual hekayənin inkişafına təsir göstərən artistlər üçün təsis edilib.
Bundan əlavə, Svift "The Life of a Showgirl" albomundan olan "The Fate of Ophelia" mahnısı ilə "İlin videosu" mükafatını qazanıb. O, çıxışı zamanı bu mükafatı avqust ayında 80 yaşında vəfat edən Dolli Partonun xatirəsinə həsr edib.
Mərasimdə həmçinin müğənninin özünün rejissorluq etdiyi "Patient Zero" klipinin premyerası baş tutub. Videoda Kolin Farrell və Dakota Conson çəkiliblər. Sinql, Sviftin "Kanzas-Siti Çifs" oyunçusu Trevis Kelsi ilə evləndikdən sonra ilk böyük işi olub.
Mərasimin aparıcısı Snoop Dogg olub. Proqramda Dolli Parton və Corc Mayklın xatirəsinə həsr olunmuş çıxışlar, həmçinin Raye, Bruno Mars, Shaboozey və digər artistlərin ifaları yer alıb. "Ən yaxşı yeni artist" mükafatını Siyenna Spiro qazanıb. Madonna "İlin artisti" və "Ən yaxşı kollaborasiya" daxil olmaqla bir neçə mükafata layiq görülüb.
Gecənin əsas məqamı "Nirvana" qrupuna "Video Vanguard Award" mükafatının təqdim edilməsi olub. Mükafatı Krist Novoseliç, Deyv Qrol və Pet Smir qəbul ediblər. Novoseliç qeyd edib ki, qrupun musiqisi özünün "həqiqi və güzəştsiz" xarakteri sayəsində dinləyicilərin qəlbində yer tutmağa davam edir.
Almaz Həsənli































































































