Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.