Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Invicta komandasından Rafael Kamara olub
Formula 2 Azərbaycan Qran-Prisinin qalibinə aydınlıq gətirilib. Qələbəni Invicta-nın pilotu Rafael Kamara qazanıb. Campos komandasından Nikola Tsolov ikinci, Rodin komandasından Aleks Dann isə üçüncü yeri tutub.
Ötən gün Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışında “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç, əsas yarışda isə “Rodin”in təmsilçisi Aleks Dann finiş xəttini hamıdan öndə keçib.
Qaliblərin mükafatlandırılma mərasimi Formula 2 Azərbaycan Qran Prisinin ikinci əsas yarışından sonra baş tutub.
Formula 1-in əsas yarışı bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Emin Axundov
Digər xəbərlər

























































































