Brent markalı neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Neftin qiyməti ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla tənzimlənməsi istiqamətində səylərin bu həftə bərpa olunacağı gözləntiləri fonunda aşağı düşür.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 1,87 dollar (1,8%) ucuzlaşaraq bir barel üçün 102 dollara düşüb. Cümə günü Brent markalı neft 0,95 dollar (0,91%) ucuzlaşaraq 103,87 dollara bərabər olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin oktyabr fyuçersləri isə elektron ticarətdə 1,81 dollar (1,8%) ucuzlaşaraq bir barel üçün 98,49 dollara enib. Ötən sessiyada müqavilə 1,61 dollar (1,58%) ucuzlaşaraq 100,3 dollara düşmüşdü.

Almaz Həsənli