Kiyev bölgəsi Rusiya raket və pilotsuz təyyarəsi hücumuna məruz qalıb, dağıntılar, ölən və yaralananlar var
Kiyev bölgəsi daha bir Rusiya raket və pilotsuz təyyarəsi hücumuna məruz qalıb. Bir uşaq ölüb, üç nəfər yaralanıb, evlər dağılıb və zədələnib.
Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Polis İdarəsinin rəisi Timur Tkaçenko Telegram-da bəyan edib.
"Vışqorodda xilasedicilər dağılmış şəxsi evin dağıntıları altından üç nəfəri xilas etdilər. Onların arasında kəskin stress reaksiyası keçirən bir uşaq da var idi. Kişi başından qəlpə yaraları, qadın isə ayaq xəsarətləri alıb. Onlara lazımi tibbi yardım göstərilir. Təəssüf ki, dağıntılar altında başqa bir uşağın cəsədi tapılıb. Xilasedicilər cəsədi çıxarmaq üçün çalışırlar. Bu, dəhşətli bir faciədir. Uşağın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - deyə açıqlamada bildirilir.
Vışqorod rayonunda şəxsi evlər zədələnib və dağılıb, yaşayış binasında və qarajlarda yanğınlar baş verib. Bir evin pəncərəsi də zədələnib. Buça rayonunda üç şəxsi ev, 11 avtomobil və iki anbar zədələnib, yanğın baş verib. Hücumun nəticələri Buça, Vışqorod və Obuxovski rayonlarındakı infrastruktur obyektlərində qeydə alınıb. Tkaçenko əlavə edib ki, müvafiq xidmətlər yerində işləyir.
Əziz MUSTAFA




































.jpg)














































