Rebekka Qrinspan BMT Təhlükəsizlik Şurasında Baş katib vəzifəsinə səsvermədə liderlik edir
UNCTAD Baş katibi Rebekka Qrinspan BMT Təhlükəsizlik Şurasında Baş katib vəzifəsinə namizədlər üzrə dördüncü ilkin səsvermədə yenidən ən çox səs toplayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 10 üzvü Qrinspanı dəstəkləyib, üçü əleyhinə səs verib, ikisi isə mövqeyini bildirməkdən çəkinib. Daha əvvəl 18 sentyabrda keçirilən ilkin səsvermədən sonra Təhlükəsizlik Şurasının doqquz üzvü Qrinspanın lehinə, beşi əleyhinə səs verib, biri isə bitərəf qalıb.
Qayana namizədi Karolin Rodriges-Birkett və MAQATE direktoru Rafael Qrossi 29 sentyabrda keçirilən səsvermədə səkkiz lehinə səs alıblar, lakin Rodriges-Birkett altı, Qrossi isə yeddi səs əleyinə alıb.
2017-ci ildən bəri BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Xatırladaq ki, Qrinspan, Rodrigez-Birkett və Qrossi ilə yanaşı, dünya təşkilatının rəhbəri vəzifəsinə digər namizədlər arasında Seneqalın keçmiş prezidenti Maki Sall, Ekvadorun keçmiş xarici işlər naziri və keçmiş müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvon Baki və Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi Olara Otunnu da var.
Əziz MUSTAFA





































.jpg)













































