Brent markalı neftin qiyməti bahalaşıb

Brent markalı neftin qiyməti bahalaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Çərşənbə günü səhər saatlarında neft qiymətləri, ötən gün müşahidə olunan nəzərəçarpacaq ucuzlaşmadan sonra mülayim şəkildə artır; bazarın diqqət mərkəzində Yaxın Şərqdəki vəziyyət qalmaqdadır.

Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,71 dollar (0,69%) bahalaşaraq bir barel üçün 103,3 dollara çatıb. Çərşənbə axşamı Brent markalı neft 2,69 dollar (2,6%) ucuzlaşaraq 102,59 dollara düşmüşdü. Bu müqavilələrin birja dövriyyəsi müddəti çərşənbə günü bazarın bağlanması ilə başa çatır. Dekabr fyuçersləri isə 0,22 dollar (0,23%) bahalaşaraq bir barel üçün 96,38 dollara yüksəlib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri 0,22 dollar (0,25%) bahalaşaraq bir barel üçün 89,6 dollara çatıb. Ötən sessiyada bu müqavilə 3,22 dollar (3,5%) ucuzlaşaraq 89,38 dollara enmişdi.

Almaz Həsənli