Yaponiya və ABŞ gələn ay birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək
Nazirlikdən verilən məlumata görə, 45.000 yapon hərbçisi iştirak edəcək.
ABŞ-Yaponiya birgə hərbi təlimləri olan Keen Sword 19-29 oktyabr tarixlərində keçiriləcək. Hərbi təlimlərin Yaponiyada və ona bitişik sularda baş tutacağı gözlənilir.
Oxuməni.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib.
Hərbi təlimlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla yeddi ölkənin bölmələrinin iştirakı nəzərdə tutulub. Yaponiya Müdafiə Nazirliyi hərbi təlimlərdə təxminən 45.000 yapon əsgər və zabitin iştirak edəcəyini bəyan edib.
Təlimlərdə həmçinin təxminən 40 Yaponiya hərbi gəmisi və 250 təyyarəsinin də iştirakı planlaşdırılır. Amerika kontingentinin ölçüsü və tərkibi açıqlanmayıb.
Təlimlərdə Yaponiyanın təxminən 1000 km mənzilli yeni "Type-25" mobil raketlərinin ilk nümayişi olacaq. İki ölkənin hərbçiləri bu cür silahların hədəfə alınması və istifadəsində koordinasiya tətbiq edəcəklər, lakin heç bir raket buraxılışı baş tutmayacaq.
Qeyd edək ki, "Keen Sword" manevrləri iki ildən bir keçirilir və ABŞ-Yaponiya komanda məntəqəsi təlimi Keen Edge ilə növbələşir.
Əziz MUSTAFA













































.jpg)





































