P. Diddy həbsxanada dəbdəbəli həyat yaşayır

P. Diddy həbsxanada dəbdəbəli həyat yaşayır

16:09
Bəyəndim (0) Bəyənmədim (0)

P. Diddy kimi tanınan amerikalı reper Şon Kombs həbs cəzasını dəbdəbəli şəraitdə çəkir. Oxuməni.az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

"Onun üçün yemək bişirən, arxasından təmizlik edən kişilər var. Onun yatağını düzəldən və paltarlarını yuyanlar var", - deyə məlumatda bildirilir.

Kanalın mənbələrinə görə, reper həbsxanada imtiyazlı həyat tərzi sürür. O, sosial mediaya daxil olmaq üçün qanunsuz mobil telefonlardan istifadə edir. Bundan əlavə, mənbələr sənətçinin yüksək keyfiyyətli spirtli içkilərə çıxışı olduğunu və guya ona təhlükəsizlik işçiləri tərəfindən verildiyini bildiriblər. Onların sözlərinə görə, reper həbsxanada bu həyat tərzini dəstəkləmək üçün ayda minlərlə dollar xərcləyir.

ABC News 9 apreldə P. Diddinin müdafiə heyətinin onun hökmündən apelyasiya şikayəti verdiyini bildirib. Musiqiçinin vəkilləri qərarı həddindən artıq sərt hesab edir və məhkəmənin sənətçinin bir neçə əsas maddə üzrə bəraətini nəzərə almadığını iddia edirlər.

13 noyabr 2025-ci ildə PageSix portalı P. Diddinin həbs cəzasının uzadıldığını bildirib. Daha əvvəl sənətçinin Fort Diks Dövlət Həbsxanasından 8 may 2028-ci ildə azadlığa buraxılması planlaşdırılırdı. Lakin mənbənin qeyd etdiyi kimi, yeni buraxılış tarixi 4 iyun 2028-ci il tarixinə təyin edilmişdi. Dəyişikliyin səbəbləri açıqlanmayıb.

P. Diddy 17 sentyabr 2024-cü ildə məhkəmə qərarı ilə Nyu-Yorkda həbs edilib. Aydınlaşdırılıb ki, keçmiş sevgilisi onu 2023-cü ildə insan alveri və uzunmüddətli zorakılıqda ittiham etdikdən bəri onun yaxından izlənilirdi. Eyni zamanda, hüquq-mühafizə orqanları reperi insan alveri və fahişəliyin təşkili ilə bağlı ittiham edib.

Əziz Mustafa