Rusiya yenidən Kiyevin Cənub Körpüsünə zərbə endirib

Rusiya yenidən Kiyevin Cənub Körpüsünə zərbə endirib

07:57
Bəyəndim (1) Bəyənmədim (0)


2 oktyabr gecəsi Rusiya yenidən Kiyevin Cənub Körpüsünə zərbə endirib. Təcili Yardım Xidmətləri hadisə yerinə gəldi.

Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçkonun rəsmi açıqlamasında deyilir.

Körpüyə zərbə saat Rusiya tərəfindən Bakı vaxtı ilə səhər saat 06:03 radələrində endirilib. Hələlik ziyan və ya itki barədə məlumat yoxdur.

Cənub Körpüsünə ilk zərbə oktyabrın 1-də günortadan sonra endirilib. iki dron kğrpünün dayaqlarını hədəf alıb, lakin Kiyevavtodormost mütəxəssisləri heç bir ciddi ziyan aşkar etmədilər. Elə həmin axşam ruslar yenidən körpüyə hücum etdilər və bu dəfə nəticələr daha ciddi oldu. İlkin məlumatlara görə, dron körpü dayağına, mühafizə məhəccərinə, yol səthinə və metronun qoruyucu beton baryerinə zərər verdi. Körpüdə hərəkət yenidən dayandırıldı və metro mütəxəssisləri relslərə elektrik enerjisini kəsdilər.

Qolosevski rayonunda dağıntılar
Cənub körpüsünə hücumdan az sonra Qoloseyevski rayonu dron zərbələrinə məruz qalıb. Partlayış dalğası qeyri-yaşayış binasının pəncərələrini və bir neçə avtomobili zədələyib. Yanğın və ya xəsarət alan olmayıb.

Əziz MUSTAFA