ABŞ Polşada daimi hərbi baza üçün yer seçib
Amerika tərəfi Polşada daimi hərbi baza üçün yer seçib. Oxuməni.az xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Sezari Tomçik RMF FM radiosuna açıqlamasında bildirib.
"Daimi hərbi bazanın yeri ilkin olaraq seçilib. Biz iki yeri nəzərdən keçiririk - Aşağı Silezyan və Böyük Polşa voyevodalıqlarında. Son qərar amerikalılarla birlikdə veriləcək", - Tomçik deyib. O, əlavə edib ki, ABŞ hərbi bazasının yaradılması ilə bağlı son qərar Baş nazir Donald Tuska veriləcək.
3 iyunda Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Pentaqon katibi Pete Heqsetə Polşada yeni daimi ABŞ hərbi bazasının yaradılması təklifini təqdim edib. 5000 əsgərin yerləşdiyi obyektin tikintisinin dəyəri 10 milyard zlotıdan (təxminən 2,7 milyard dollar) çox ola bilər.
Əziz Mustafa




















































































