Bakıda keçirilən cüdo üzrə dünya çempionatında həmyerlimiz Əhməd Yusifov qızıl medal qazanıb

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında həmyerlimiz Əhməd Yusifov qızıl medal qazanıb

20:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk günü Azərbaycan üçün uğurlu olub. Belə çempionatın ilk günündə həmyerlimiz Əhməd Yusifov Dünya Çempionu olması ilə idmansevərlərimizə sevinc bəxş edib.

60 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Çin Taypeyindən olan Yanq Yun Veyi məğlub edərək finala yüksəlib. Finalda həmyerlimizin rəqibi digər türk dövləti Qazaxıstandan olan özbəkəsilli Şerzod Dövlətov olub.

Oyunun əvvəli həmyerlimiz üçün xoşagəlməz olub və çətin vəziyyətə düşüb. Bununla belə özündə güc tapan həmyerlimiz rəqibinə ipponla qalib gəlməyi bacarıb və çempion titulunu qazanıb.

Xatırladaq ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda monqolustanlı Tumenjargal Tuvşinturanı, məğ 1/8 finalda Hindistanlı Harş Sinqi,.1/4 finalda Rusiyalı Ayub Blievi, yarımfinalda isə .Çin Taypeyi təmsilçisi Yanq Yun Veyi məğlub edib.

Əziz MUSTAFA