TWZ: ABŞ HACM hipersəs raketinin ilk uçuş sınağını həyata keçirib

TWZ: ABŞ HACM hipersəs raketinin ilk uçuş sınağını həyata keçirib

09:25
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Avstraliyadakı sınaq poliqonunda havadan buraxılan hipersəs qanadlı raketi olan HACM-in (Hypersonic Attack Cruise Missile) ilk uçuş sınağını həyata keçirib.

Oxuməni.az xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) nəşrinin məlumatında deyilir,

Məlumata əsasən, "Raytheon" şirkəti tərəfindən avstraliyalı mütəxəssislərlə əməkdaşlıq çərçivəsində hazırlanan ABŞ Hərbi Hava Qüvvələrinin hipersəs raketi nəhayət ki, "uçuş sınaqları mərhələsi"nə qədəm qoyub. İndiyədək Avstraliyadakı Vumera sınaq poliqonunda azı bir sınaq keçirilib.

HACM proqramı ciddi gecikmələrlə üzləşib və Hərbi Hava Qüvvələri qrafikə uyğunluğu təmin etmək məqsədilə sınaqların ümumi həcmini azaltmaq kimi riskli bir addım atıb. Məqalədə qeyd olunur ki, qarşıya qoyulan məqsəd "2027-ci ildə HACM raketlərinin sürətləndirilmiş qaydada alınmasına başlanılması barədə qərar qəbul edilməsini təmin etmək"dir.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, HACM sınaqları uzaq mənzilli zərbə imkanlarını gücləndirmək istiqamətində davam edən birgə səylərin bir hissəsi olub. Sınaqların keçirilmə tarixi barədə konkret məlumat verilməyib.

HACM raketinin texniki xüsusiyyətləri məxfi saxlanılır. KİV-dəki məlumatlara görə, bərk yanacaqlı sürətləndiricidən və hipersəs sürətli birbaşa axınlı hava-reaktiv mühərriklə (scramjet) təchiz edilmiş döyüş hissəsindən ibarət olan bu iki pilləli raket "Max 7" sürətinə çatır. Uçuş məsafəsi təxminən 500 km-dir.

Əziz MUSTAFA