Türkiyə Ukraynaya "Korkut" zenit-raket komplekslərini təhvil verib

Türkiyə Ukraynaya "Korkut" zenit-raket komplekslərini təhvil verib

12:32
Bəyəndim (1) Bəyənmədim (0)

2026-cı ilin əvvəlində Türkiyə Ukraynaya "az sayda" "Korkut" zenit kompleksləri tədarük edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Kiyev əldə etdiyi komplekslərdən sınaqlar keçirmək və hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün istifadə edib.

"Korkut" üç silahlı maşın və bir idarəetmə maşınından ibarətdir. Komplekslər pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün nəzərdə tutulub. Tədarük edilən komplekslərin dəqiq sayı açıqlanmayıb. Adı açıqlanmayan ukraynalı rəsmi "Korkut"un işi ilə bağlı bildirib: "Əlbəttə, bəzi problemlər var idi, lakin kiçik düzəlişlərlə aradan qaldırılmayacaq heç bir şey yoxdur".

Məmurun sözlərinə görə, Ukrayna "qiymət məqbul olarsa", əlavə "Korkut" kompleksləri almaqda maraqlıdır. MEE qeyd edir ki, Ukrayna rəsmiləri bir çox türk müdafiə sənayesi şirkətinin öz silahlarını sınaqdan keçirmək və sistemlərinin imkanlarını artırmaq üçün Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyini bildirirlər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ankara Kiyevə "Bayraktar TB2" dronları, lazerlə idarə olunan raketlər, artilleriya mərmiləri və pulemyotlar da daxil olmaqla, geniş çeşiddə müdafiə silahları tədarük edib.

Türkiyənin "Aselsan" müdafiə korporasiyası tərəfindən istehsal olunan "Korkut", qanadlı raketlər və dronlar da daxil olmaqla, hava hədəflərini məhv etmək üçün zenit topları ilə təchiz edilib. Sistem, həmçinin 25 mm-lik sursatlardan istifadə edərək FPV-dronlar və kabel vasitəsilə idarə olunan dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.

Almaz Həsənli