Yaxın gələcəkdə parkinson, epilepsiya və görmə qabiliyyətinin bərpası mümkün olacaq
Hər kəsin diqqətini çəkəcək, elmi dairələrdə yeni bir dövrün başlanğıci olan və geniş kütlələrin hələ tam fərqində olmadığı unikal bir yenilik baş verib.
Bu gün elan edilən 2026-cı il Fiziologiya və Tibb üzrə Nobel mükafatının sahibləri təbabətin gələcəyini kökündən dəyişdirəcək kəşfə imza atıblar.
ABŞ-dən Karl Deysserot, eləcə də Almaniyadan olan alimlər Peter Hegemann və Georg Nagel işıq vasitəsilə canlı beyin hüceyrələrinin (neuronların) idarə olunmasını mümkün edən optogenetika texnologiyasını üzə çıxarıblar.
Alimlər təbiətdəki müəyyən yosun növlərindən ilhamlanaraq hüceyrələrin işığa həssaslığını tənzimləyən ion kanallarını kəşf ediblər.
Sadə desək, bu üsul həkimlərə və ya tədqiqatçılara lazer şüaları və ya xüsusi fiber-optik tellər vasitəsilə beyindəki konkret sinir hüceyrələrini "yandırıb-söndürməyə" imkan verir.
İllərdir parkinson, epilepsiya, görmə qabiliyyətinin bərpası və müxtəlif psixi pozuntuların müalicəsində inqilab yaradacağı gözlənilən bu nəzəriyyə məhz bu gün rəsmi olaraq elmi dünyanın ən yüksək zirvəsinə çata bildi.
Şahmurad




























.jpg-2.jpg)
















.jpg)











































