UNICEF: El-Nino 100 ölkədə 347 milyon uşağı təhlükə altına qoyur
El-Nino iqlim hadisəsinin nəticələri 100 ölkədə 347 milyondan çox uşağa təsir göstərəcək. Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən dərc edilən hesabatda deyilir.
Təşkilat proqnozlaşdırır ki, 2026–2027-ci illərdə baş verəcək bu hadisə qeydə alınan ən güclü hadisələrdən biri olacaq. 2026-cı ilin oktyabr-dekabr ayları ərzində qeyri-adi dərəcədə yağışlı və ya quraq hava şəraiti ciddi daşqınlar, quraqlıq və xəstəliklərin yayılması ehtimalını artıracaq.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib: "Uşaqlar üçün El-Nino sadəcə bir iqlim hadisəsindən qat-qat artıqdır. O, insanların məcburi köçkün vəziyyətinə düşməsinə, qidalanma çatışmazlığına, su qıtlığına və xəstəliklərin yayılmasına səbəb ola bilər".
Risk altında olan uşaqların ən çox məskunlaşdığı bölgələr Asiya-Sakit Okean (190 milyon) və Şərqi və Cənubi Afrika (41 milyon) regionlarıdır. UNICEF beynəlxalq ictimaiyyəti bu hadisənin təsirini azaltmaq məqsədilə əvvəlcədən tədbirlər görməyə və investisiya yatırmağa çağırır.
Əziz MUSTAFA



















.jpg-2.jpg)


















.jpg)











































