Yevgeni Plyuşenko həyat yoldaşı ilə Bakıda ev alıb

Yevgeni Plyuşenko həyat yoldaşı ilə Bakıda ev alıb

14:38
Bəyəndim (1) Bəyənmədim (0)

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu, rusiyalı Yevgeni Plyuşenko və həyat yoldaşı, prodüser Yana Rudkovskaya Bakıda villa alıblar. Oxuməni. az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu barədə sahibkar və Azərbaycanın Xalq artisti Emin Ağalarov məlumat verib.

Məşhur cütlük seçimlərini Xəzər dənizinin sahilində yerləşən Ağalarovun Sea Breeze yaşayış kompleksindəki evin üzərində dayandırıb. Bundan sonra ulduz cütlüyünün dəniz kənarında vaxt keçirmək üçün Azərbaycan paytaxtına daha tez-tez gələcəyi gözlənilir.

Cütlük gələcək evlərini uzun müddət nəzərdən keçirib və ikinci sahil xəttində yerləşən malikanəni seçib.

Yana Rudkovskaya deyib: “Moskvadakı qədər baha deyil, üstəlik, bizdə endirimlər də var. Biz mənzilə yox, evə baxdıq. Yevgeni ev istəyir. Baxmağa getdik və Saşanın çox xoşuna gəldi. O, dərhal özünə orada otaq seçdi”.

Yevgeni Plyuşenko azərbaycanlı fiqurlu konkisürənlərlə fəal əməkdaşlıq edir. 2026-cı ilin aprelində o, Bakıda azərbaycanlı idmançılar üçün təlim-məşq toplanışı keçirib, iyul ayında isə ölkədə fiqurlu konkisürmənin inkişafına dəstək vermək planlarından danışıb.

Xatırladaq ki, daha əvvəl məşhur Yevgeni Plyuşenkonun oğlu ilk dəfə beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edib. Ankara şəhərində keçirilən yarışda onun debütü 13-cü yerlə başa çatıb.

Üç gün davam edən yarışların yekunlarına əsasən, Aleksandr Plyuşenko qısa və sərbəst proqramlara görə hakimlərdən ümumilikdə 171,65 xal alaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Almaz Həsənli