Ermənistan parlamentində bir saat ərzində ikinci dəfə əlbəyaxa dava baş verib

Ermənistan parlamentində bir saat ərzində ikinci dəfə əlbəyaxa dava baş verib

15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 6-da Ermənistan parlamentində bir saatdan az müddət ərzində iki kütləvi dava baş verib. Deputatlar korrupsiya ittihamları səbəbindən əlbəyaxa olublar. Davanın görüntüləri artıq sosial şəbəkələrdə yayılır.

Oxuməni. az Ermənistan mediasına istinadla xəbər verir ki, əvvəlcə müxalifətçi deputat Edgar Kazaryan spiker Ruben Rubinyanı mükafatlara pul xərcləməkdə ittiham edib və həmin vəsaitlərin geri qaytarılmalı olduğunu deyib. Spiker onun mikrofonunu söndürüb. Bundan sonra hakim partiyanın və müxalifətin deputatları əvvəlcə bir-birlərini itələməyə, daha sonra isə əlbəyaxa olmağa başlayıblar. Mühafizə əməkdaşları onları zaldan çıxarıb, lakin münaqişə dəhlizdə də davam edib.

Bir müddət sonra kilsə böhranının müzakirəsi zamanı ikinci dava başlayıb. Hakimiyyəti təmsil edən deputatlardan biri katolikos II Qareginə dünyəvi adı ilə müraciət edib və müxalifət nümayəndələri masaları döyməyə başlayıblar. Yenidən qışqırıqlar və əlbəyaxa dava baş verib. Spiker fasilə elan edib və mühafizə əməkdaşları yalnız ikinci cəhddə deputatları ayıra biliblər.

Almaz Həsənli