Rusiya və ABŞ-ın “Şimal axını”na Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı gizli danışıqlar apardığı məlum olub

Rusiya və ABŞ-ın “Şimal axını”na Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı gizli danışıqlar apardığı məlum olub

12:07
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın və ABŞ-ın yüksək vəzifəli rəsmiləri, o cümlədən ABŞ-ın xüsusi nümayəndəsi Jared Kuşner, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Almaniyaya qaz nəql edən “Şimal axını” qaz kəmərlərinə amerikalı investorun cəlb edilməsi məsələsi ilə bağlı danışıqlar aparıblar.

Oxuməni. az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadən məlumat yayıb.

Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olunmasında vasitəçi olmağa çalışan Kuşner biznes əlaqələrinin qurulmasını sülhün bərpasında əsas amil hesab edir. Belə bir razılaşma müharibə başa çatdıqdan sonra amerikalı investorların Avropaya enerji daşıyıcılarının tədarükündən gəlir əldə etməsinə imkan verə bilər.

Dmitriyev və Kuşner son həftələr ərzində Moskva və Nyu-Yorkda görüşüblər. Reuters-in iki mənbəsinin bildirdiyinə görə, bu görüşlər zamanı “Şimal axını”nı nə dərəcədə ətraflı müzakirə etdikləri bəlli olmasa da, məsələ gündəmdə qalır.

Ağ Ev nümayəndəsi qaz kəməri ilə bağlı müzakirələrə dair suala cavabında bildirib: “Rusiya ilə istənilən razılaşma DFC (ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) və Maliyyə Nazirliyi ilə razılaşdırılmalı, həmçinin amerikalı vergiödəyicilərə və şirkətlərə fayda gətirməlidir”.

Rusiyanın Almaniyaya qaz tədarükünün bərpasını dəstəkləyən Dmitriyev ötən ay ABŞ Energetika və Maliyyə nazirliklərinin nümayəndələri ilə görüşərək enerji sahəsində mümkün Rusiya-ABŞ təşəbbüslərini müzakirə edib.

Vaşinqtonun Avropanın ən böyük enerji istehlakçısı olan Almaniyaya Rusiya qazının tədarükünün bərpasında nə dərəcədə maraqlı olduğu hələlik məlum deyil.

ABŞ rəsmilərindən biri bildirib ki, mövcud maneələri nəzərə alaraq, orta müddətli perspektivdə razılaşmanın əldə olunması ehtimalı azdır. “Şimal axını” qaz kəmərləri ABŞ və Aİ-nin sanksiyaları altındadır və bu da qaz tədarükünün bərpasını qanunsuz edir.

Tramp ABŞ-ın sanksiyalarını ləğv edə və ya yumşalda bilər. Lakin gələn ay keçiriləcək aralıq seçkilərdə demokratlar Konqres üzərində nəzarəti ələ keçirsələr, bunu həyata keçirmək daha çətin olacaq.

Almaz Həsənli