Türkiyə Səudiyyə Ərəbistanına məhdud kontingent göndərəcək
Türkiyə yaxın həftələrdə krallığa məhdud sayda qoşun və avadanlıq göndərməklə Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır.
Oxuməni.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Ankara xatırladıb ki, Türkiyə 2025-ci ildən bəri kritik infrastrukturunu qorumaq üçün Səudiyyə Ərəbistanına texniki qruplar, hava hücumundan müdafiə sistemləri və elektron müharibə avadanlıqları yerləşdirir.
Türkiyə 2010-cu il ikitərəfli müqaviləsinə əsasən texniki məqsədlər üçün Səudiyyə Ərəbistanına məhdud sayda kontingent göndərə bilər. Hərbi mövcudluğun genişləndirilməsi üçün parlamentin təsdiqi tələb olunur. Nəşr yazır ki, türk qanunvericilərinin oktyabr ayında müvafiq mandatı təsdiqləməsi və xüsusi təyinatlı qüvvələrin, pilotların və təyyarələrin Səudiyyə Ərəbistanına göndərilməsi gözlənilir. MEE yüksək vəzifəli bir türk məmuruna istinadən bildirir ki, "Biz böyük bir qrup əsgər göndərməyi və ya Yəməndəki vəziyyətə birbaşa müdaxilə etməyi planlaşdırmırıq".
Daha əvvəl bildirilmişdi ki, Məkkə Alyansına üzv ölkələr (Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) birgə müdafiə öhdəliklərini dərhal yerinə yetirməyə və Səudiyyə Ərəbistanına hərbi qüvvələr yerləşdirməyə qərar veriblər. Bu qərar paktun strateji siyasi-hərbi komitəsinin 5 oktyabrda Ər-Riyadda keçirilən təcili iclasında qəbul edilib. İclasdan sonra verilən birgə bəyanatda qoşunların yerləşdirilməsinin alyansa üzv ölkələrin milli qanunlarına uyğun olaraq həyata keçiriləcəyi qeyd edilib.
Üç ölkə arasında Məkkə Sazişinin aktivləşməsinə səbəb Yəmən üsyançı hərəkatı Ənsar Allah tərəfindən Səudiyyə Ərəbistanına edilən hücumların artması olub.
Əziz Mustafa




.jpg)


















































.jpg-2.jpg)


















.jpg)








