İrkutskda dünyanı məhv edəcək dəhşətli bioloji qırğın silahı hazırlanır: ÜST Rusiyadan cavab tələb edir

İrkutskda dünyanı məhv edəcək dəhşətli bioloji qırğın silahı hazırlanır: ÜST Rusiyadan cavab tələb edir

20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sibir və Uzaq Şərq üzrə İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunda dünyanı məhv edəcək yeni bioloji silahın hazırlanması zamanı oradakı qadın işçinin ölümü ilə bağlı Rusiya hakimiyyətindən əlavə məlumat istəyib. Qadın, səbəbi hələ rəsmi olaraq müəyyən edilməmiş bir xəstəlikdən vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, 6 oktyabr tarixində *The Moscow Times* məlumat yayıb.

Hələlik Rusiyanın bəşəriyyəti məhv edəcək yeni dəhşətli bioloji qırğın silahının hazırlanması zamanı müəmmalı xəstəlikdən ölən qadınla bağlı hər hansı açıqlama verməməsi məsələ ətrafında dünyaya yeni bir şok yaşamaqdadır.

Öz növbəsində ÜST-nin sözçüsü Kristian Lindmayer bildirib ki, Rusiya hakimiyyəti mərhumla təmasda olan bütün şəxsləri müəyyən edib.

"Əldə olan məlumata görə, xəstə ilə təmasda olan bütün şəxslər müəyyən edilib və tibbi nəzarət altındadır. Hazırda onlardan heç birində xəstəlik əlamətləri müşahidə olunmadığı deyilsə də, Rusiya bu məsələni gizli saxlamağa, yeni dəhşətli bioloji qırğın silahının hazırlanmasını gizli saxlamağa cəhd edir", - deyə o bildirib.

Bununla yanaşı, Moskva hələlik insidentlə bağlı sorğuya cavab olaraq ÜST-yə rəsmi məlumat təqdim etməyib. Bütün bunlar da Rusiyada yeni dəhşətli bioloji qırğın silahının hazırlanaması ətrafında şübhələrin və həyacanların daha da artması ilə müşahidə olunmaqdadır.

Əziz MUSTAFA