Paramount Warner Bros. Discovery-nin satın alınması ilə bağlı sövdələşməni tamamlayıb
Paramount kinokompaniyası Warner Bros. Discovery şirkətinin satın alınması ilə bağlı sövdələşməni tamamlayıb. Birləşmiş şirkət Skydance adını alıb. İki kinostudiyadan əlavə, onun tərkibinə CBS News və CNN də daxil olmaqla onlarla televiziya kanalı, həmçinin Paramount+ və HBO Max striminq xidmətləri daxil olacaq.
Oxuməni.az xəbər verir ki, Bloomberg-in yazdığına görə, sövdələşmənin dəyəri 110 milyard dollar təşkil edib. Razılaşmanın şərtlərinə əsasən, şirkət Warner Bros.-un 80 milyard dollar məbləğində borcunu da ödəməli olacaq.
Ötən ilin avqustunda media maqnatı Devid Ellison özünün Skydance Media kinokompaniyasının Paramount ilə birləşməsini başa çatdırıb. Artıq dekabr ayında isə o, Warner Bros.-u almaq uğrunda Netflix ilə mübarizəyə qoşulub. Ellisonun daha yüksək təklifi və atası, Oracle şirkətinin həmtəsisçisi Larri Ellisonun şəxsi maliyyə zəmanətləri qələbəyə kömək edib.
ABŞ Ədliyyə Nazirliyi, Avropa İttifaqı və digər tənzimləyici qurumlar satınalmanı sürətlə təsdiqləsələr də, Paramount Skydance iyul ayında sövdələşməni dondurmağa razılaşıb. Buna 12 ştatın prokurorları, Amerika Ssenaristlər Gildiyası, eləcə də yüzlərlə aktyor, rejissor, ssenarist və prodüser etiraz edib. Sənaye nümayəndələri birləşmənin istehlakçılar üçün qiymətlərin artmasına və iş yerlərinin azalmasına səbəb olacağından narahat idilər.
Nəticədə tərəflər barışıq sazişi imzalayıblar və bunun çərçivəsində prokurorlar Ellisondan bir sıra güzəştlər əldə ediblər. Skydance ildə ən azı 30 film buraxmağı və yeni filmlərin striminq platformalarında yayımlanmasından əvvəl kinoteatrlarda ən azı 45 gün nümayiş etdirilməsini təmin etməyi öhdəsinə götürüb.
Şirkət həmçinin CBS və CNN-in redaksiya müstəqilliyini təmin edəcək xüsusi şura yaradacaq. Ötən ilin dekabrında Ellison Donald Trampa Warner Bros.-u alacağı təqdirdə CNN-i «radikal şəkildə dəyişdirəcəyinə» söz vermişdi.
Almaz Həsənli

.jpg)
















































.jpg-2.jpg)


















.jpg)













