İsveç Ukraynaya silah daşınması üçün Polşadakı logistika mərkəzini qorumaq məqsədilə Patriot sistemləri göndərəcək
İsveç Ukrayna ordusu üçün silahların daşınması üzrə logistika mərkəzinin mühafizəsi məqsədilə Polşaya özünün Patriot zenit-raket komplekslərini göndərəcək. Oxuməni. az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış X sosial şəbəkəsində məlumat verib.
Nazirin sözlərinə görə, İsveç Jeşuvda yerləşən NATO logistika mərkəzinin hava hücumundan müdafiəsini təmin edəcək. Hazırda obyektin hava məkanını Niderlanda məxsus Patriot batareyaları qoruyur. Onlar 2025-ci ilin dekabrında yerləşdirilib. Niderland missiyasının 2026-cı ilin yayında başa çatacağı gözlənilirdi, lakin onun müddəti uzadılıb.
«Bu missiyanın fasiləsiz davam etdirilməsi müttəfiq həmrəyliyini və Rusiya tərəfindən yaranan təhdid fonunda regional təhlükəsizlik üçün ortaq məsuliyyəti nümayiş etdirir», – Vladislav Kosinyak-Kamış bildirib.
Oktyabrın 2-də Vladislav Kosinyak-Kamış Polşanın ölkənin hərbi əməliyyatlara tam hazırlığını təmin edəcək qanun layihəsi üzərində işlədiyini açıqlayıb. Sənəd Polşa və müttəfiq qoşunlarının yerdəyişməsinin asanlaşdırılmasını, infrastrukturun hazırlanmasını, müdafiəyə cavab planının NATO meyarları ilə uyğunlaşdırılmasını, həmçinin daimi növbətçilik sistemində islahatların aparılmasını nəzərdə tutur.
Almaz Həsənli








.jpg)










.jpg)










































.jpg-2.jpg)




















