Pentaqon aralıq seçkilərə qədər İrana zərbələr endirmək üçün mümkün planlar hazırlayır
ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər İrandakı obyektlərə zərbələr endirmək üçün variantlar hazırlamağı tapşırıb. Oxuməni. az xəbər verir ki, bu barədə "The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir.
Nəşrin mənbələrinin sözlərinə görə, Ağ Ev Pentaqondan aralıq seçkilər ərəfəsində həyata keçirilə biləcək zərbə variantlarını hazırlamağı xahiş edib.
Müsahiblər qeyd ediblər ki, mümkün zərbələrin miqyası və hədəfləri, eləcə də administrasiyanın sonda bu addımı atıb-atmayacağı hələ də müzakirə olunur.
Respublikaçılar Partiyasının adı açıqlanmayan bir üzvü nəşrə bildirib: "Bu, prezidentin qələbə qazandığı təəssüratını yaradardı və qazın qiyməti düşməyə başlayardı".
Mənbələrdən biri dəqiqləşdirib ki, planları ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırlayır.
"The Atlantic" əlavə edir ki, məhdud əməliyyatdan sonra aralıq seçkilərdən sonra daha genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər.
Almaz Həsənli





















.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)

































