NATO Hərbi Komitəsi Kiyevə səfər edir

NATO Hərbi Komitəsi Kiyevə səfər edir

19:28
Bəyəndim (0) Bəyənmədim (0)

6 oktyabrda NATO Hərbi Komitəsinin 32 üzvü Kiyevə səfər edib və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapatiy ilə görüşüblər. Oxuməni.az xəbər verir ki, bu barədə Komitənin rəhbəri admiral Cüzeppe Kavo Draqone bəyan edib.

Görüş zamanı tərəflər Ukraynanın hərbi prioritetlərini və təcrübəsini müzakirə ediblər ki, bu da Alyansın "mövcud və gələcək təhdidlərə" qarşı hazırlığını gücləndirməsinə kömək edə bilər. Kavo Draqone səfərin "Ukraynaya sarsılmaz dəstəyin" nümayişi olduğunu vurğulayıb.

NATO nümayəndələri həmçinin Ukrayna uğrunda həlak olanların xatirə divarında Ukrayna müdafiəçilərini də yad ediblər.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın təşəbbüsü ilə yeddi NATO ölkəsinin nümayəndələrinin görüşü yaxın həftələrdə Polşada keçiriləcək. Tərəflər Alyansın gələcəyini və onun təhlükəsizliyi üçün məsuliyyəti daha da necə bölüşdürməyi müzakirə etməyi planlaşdırırlar.

Əziz Mustafa