Brüssel hesab edir ki, Gürcüstan yalnız formal olaraq AB-yə üzvlük üçün namizəd olaraq qalır

Brüssel hesab edir ki, Gürcüstan yalnız formal olaraq AB-yə üzvlük üçün namizəd olaraq qalır

16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan hazırda yalnız formal olaraq AB-yə üzvlük üçün namizəd ölkədir.

Oxuməni.az xəbər verir ki, bu barədə Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Marta Kos mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir. Mən buna təəssüf edirəm. İstərdim ki, Gürcüstan, gürcü xalqının güclü dəstəyi ilə, bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olsun. Gürcüstanla necə işləməyə davam etməyimiz əsasən AB üzv dövlətlərinin oktyabr ayının sonunda genişlənmə hesabatlarında onun gələcəyini necə qiymətləndirməsindən asılı olacaq", - deyə o vurğulayıb

Brüsselin mövqeyinə cavab olaraq, parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib ki, Gürcüstanın Moldova və Ukraynadan geri qalması çox şişirdilib, çünki Gürcüstan bütün göstəricilərə görə bu ölkələrdən irəlidədir. Kirtsxaliya sosial mediada yazıb: "Əgər bu gün Brüsseldə bir ölkənin tərəqqisi onun konkret siyasi tələbləri necə səssizcə yerinə yetirməsi ilə müəyyən edilirsə, bu, artıq Avropaya inteqrasiya deyil".

Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər son dərəcə gərgindir, qismən də Brüsselin hələ də 2024-cü il parlament seçkilərində seçilmiş hazırkı Gürcüstan hakimiyyətinin legitimliyini ictimaiyyət qarşısında tanımaması ilə bağlıdır.

Əziz Mustafa