Suriya Yəmən müharibəsinə qoşulmaqla bağlı şayiələri təkzib edib
Suriya hakimiyyəti müharibədən sonrakı dövrdə ölkənin bərpasını və dövlət institutlarının möhkəmləndirilməsini əsas vəzifə hesab edir, yeni cəbhələrin açılmasını deyil. Oxuməni. az xəbər verir ki, bu barədə Suriya İnformasiya Nazirliyinin xarici media departamentinin resursu olan "Syrian Response" nəşrində bildirilib.
Daha əvvəl "Axios" internet portalı Ər-Riyadın Yəmənin bir hissəsinə nəzarət edən husilərin "Ənsar Allah" hərəkatına qarşı mübarizədə hərbi dəstək üçün Dəməşqə müraciət etdiyi barədə məlumat yaymışdı. Mənbənin məlumatına görə, Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəra Səudiyyə Ərəbistanına Yəmənə 10-20 min hərbçi göndərmək barədə düşünəcəyinə söz verib.
Dəməşqin mövqeyi aydındır: Suriya Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə və sabitliyinə qarşı təhdidlər qarşısında onu qətiyyətlə dəstəkləyir. Lakin hazırda Suriya üçün prioritet ölkənin bərpası... və suriyalıların həyat şəraitinin yaxşılaşdırılması naminə tərəfdaşlarla əməkdaşlıqdır, yeni cəbhələrin açılması deyil – deyə İnformasiya Nazirliyinin bəyanatında vurğulanır.
İdarə, həmçinin qeyd edib ki, Suriyanın xarici ölkələrlə hərbi əməkdaşlığı yalnız rəsmi kanallar vasitəsilə və mövcud ikitərəfli razılaşmalar çərçivəsində mümkündür.
Almaz Həsənli


















.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)




































