Google Gemini-nin qabaqcıl modellərinə pulsuz girişi dayandırıb
Oktyabrın 9-dan etibarən Google pulsuz versiyadan istifadə edənlər üçün Gemini modellərinin bir qisminə girişi məhdudlaşdırıb. İndi abunə olmadan yalnız ən sadə Gemini 3.5 Flash-Lite modelindən istifadə etmək mümkündür. Oxuməni.az xəbər verir ki, bu barədə “9to5Google” portalı məlumat yayıb.
Portalın qeyd etdiyi kimi, dəyişikliklər hətta ödənişli abunəçilərə də təsir edəcək. Ayda 4,99 dollar ödəyən Google AI Plus tarifinin istifadəçiləri Gemini Pro modelinə giriş imkanını itirəcəklər.
AI Pro tarifinin istifadəçiləri isə abunə çərçivəsində Deep Think funksiyasından əlavə istifadə imkanı əldə edəcəklər. Əvvəllər bu funksiya yalnız ayda 99,99 dollar olan tarifə daxil idi. AI Pro abunəliyinin qiyməti isə 19,99 dollardır.
Google oktyabr ayında Gemini tətbiqində hər bir model üçün hesablama səviyyələrini — aşağı, orta və yüksək — istifadəyə verəcək. Seçilən səviyyədən asılı olaraq həm modelin tapşırıqları yerinə yetirmək imkanları, həm də istifadəçinin müəyyən edilmiş limitinin sərf olunma sürəti dəyişəcək.
Almaz Həsənli










.jpg)
























.jpg)









.jpg)






































